2 ildə Avropa yollarında 5 mindən çox miqrant öldü

2 ildə Avropa yollarında 5 mindən çox miqrant öldü

2021-ci ildən 2022-ci ilin oktyabrına qədər Avropa miqrasiya marşrutlarında 5684 nəfər ölüb ki, bu da əvvəlki illərdən çoxdur.

AzerTimes xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının İtkin Miqrantlar hesabatında deyilir.

“2021-ci ilin əvvəlindən Avropaya və Avropa daxilində olan miqrasiya yollarında ən azı 5684 ölüm qeydə alınıb. Aralıq dənizindən keçən marşrutlarda, Avropa ilə quru sərhədlərdə və qitə daxilində ölümlərin sayının artması müşahidə olunub”, – deyə bildirilib.

Teqlər: