Azərbaycan Televiziyasında ekstrim idman növlərinə həsr olunmuş yeni layihə başlayır.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AzerTimes-a verilən məlumata görə, “Şəhərdənkənar” adlı layihənin ərsəyə gətirilməsində məqsəd idmanın, sağlam həyat tərzinin insanların həyatında vacib yer tutduğunu bir daha diqqətə çatdırmaq, insanları aktiv istirahətə təşviq etməkdir.
Ekstrim idman növləri ilə məşğul olan Fərhad Davidov, Natiq Yusiflinin birgə hazırladığı veriliş 18 apreldən etibarən hər bazar günü saat 10:00-da AZTV-də yayımlanacaq.
Aparıcılar ölkəmizin müxtəlif regionlarında aktiv istirahət üçün hər bir şəraitin olduğunu tamaşaçılara çatdıracaq.
Hər verilişdə mövzuya uyğun olaraq maarifləndirmə və məlumatlandırma yeni layihənin əsas məqsədlərindəndir.