Venesueladakı aksiyalarda 2 əsgər ölüb, 120 təhlükəsizlik əməkdaşı yaralanıb. Buna səbəb olanlar bir-bir yaxalanacaq.
AzerTimes xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
O bildirib ki, Milli Seçki Şurasının seçki nəticələri ilə bağlı bəyanatına hər kəs sayğı duymalıdır:
“Bu vandalizmi dinc nümayişlərlə izah etmək olmaz. 20-dən çox ibtidai məktəb, 34 lisey, universitetlər, xəstəxanalar, supermarketlər, 30 təcili yardım maşını və 200-ə yaxın polis maşını hücuma məruc qalıb. Bunu edənlərin çoxu səsvermədə iştirak belə etməyib. Texasdan gələrək, ortalığı qarışdırıblar. Onlar arasında narkotik maddənin təsiri altında olanlar belə var idi”.
Qeyd edək ki, Venesuelada keçirilən prezident seçkilərində Maduro 51% səslə qalib gəlib. Buna etiraz edənlər isə iğtişaşlar törədib.