2 erməni Xankəndidən Ermənistana köçürüldü – Rəsmi

2 erməni Xankəndidən Ermənistana köçürüldü – Rəsmi

Qarabağdan 2 nəfər Ermənistana köçürülüb.

AzerTimes xəbər verir ki, bu barədə Trend-ə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

Bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi, neytral humanitar təşkilat olaraq 29 mart tarixində, 2 nəfərin öz xahişi və aidiyyəti qurumların razılığı ilə Qarabağdan Ermənistana köçürülməsinə dəstək verib.

Xatırladaq ki, bundan öncə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistana köçürülən Sərkis Qalstyanın casusluqda ittiham olunaraq, həbs edildiyini açıqlamışdı.

Qeyd edək ki, Qalstyan Xankəndidə yaşayırdı.

Teqlər: