2 dəqiqəyə kredit almaq? YeloBank-la mümkündür!

Təcili pula ehtiyacınız var, lakin banka getməyə vaxtınız
yoxdur? Adı “onlayn”, özü isə saatlarla, hətta bəzən gündən artıq
çəkən rəsmiləşdirmə proseslərindən bezmisiniz? Yelo Bank təcili
pula ehtiyac duyan hər kəsə tam onlayn kredit təklif edir. Bunun
üçün Yelo Bank müştərisi olmaq da tələb olunmur. İstənilən şəxs
yalnız Yelo App mobil tətbiqini yükləyərək tam onlayn kredit ala
bilər.

Yelo App tətbiqi ilə sifariş edilmiş kreditin rəsmiləşdirilməsi
avtomatlaşdırılmış skorinq xidməti sayəsində insan faktoru olmadan
tam onlayn icra olunur. Bu da qərar vermə prosesini alışdığımızdan
daha çevik, 2 dəqiqə ərzində etməyə imkan yaradır. Müştəri, hətta
vəsaiti götürmək üçün belə banka gəlmir. Təsdiqlənmiş kredit
vəsaiti Yelo kart varsa, kartın balansına yüklənir. Yelo kartı
olmayanlara isə kredit vəsaiti kart şəklində ünvana tamamilə pulsuz
çatdırılır. Çatdırılma zamanı üzərinizdə yalnız şəxsiyyət
vəsiqənizin olmağı kifayətdir. Əlavə heç bir sənəd tələb
olunmur.

Kreditin xüsusiyyətlərinə gəlincə isə, onlayn kredit zaminsizdir
və illik cəmi 13%-lə təklif olunur. 20000 AZN-dək kredit üzrə
maksimal müddət 48 aydır. Yelo App tətbiqində kredit sifarişi
etməklə yanaşı, krediti onlayn
ödəmə
funksionallığı da mövcuddur.

Nəzərinizə çatdıraq ki, kredit vəsaiti çoxfunksiyalı Yelo Light
kartı ilə çatdırılır. Siz kredit vəsaitinizi kart vasitəsilə
xərcləməklə də cashback qazanırsınız.

Elə indi sifariş edin və parlaq bankçılıqdan tam zövq alın:
https://bit.ly/ylhdf

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: