
“Autizimli Uşaqların Səsi Ol!”
Tarix: 29 mart 2025-ci il
Saat: 13:00
Məkan: Hilton Otel, Bakı
29 mart 2025-ci il tarixində Hilton Otelində “Autizimli uşaqların səsi ol!” adlı tədbir keçirildi. Tədbir Ümumdünya Autizm Maarifləndirmə Gününə həsr olunmuşdu və autizm spektr pozuntusu olan uşaqların hüquqlarına diqqət çəkmək, cəmiyyətdə maarifləndirməni artırmaq məqsədi daşıyır.
Tədbirdə autizimli uşaqların valideynləri, ictimai təşkilatların nümayəndələri, mütəxəssislər və media nümayəndələri iştirak edəcəklər. Proqram çərçivəsində autizm mövzusunda maarifləndirici çıxışlar edildi, təcrübə mübadiləsi aparıldı və mütəxəssislər tərəfindən autizm spektr pozuntusu ilə bağlı aktual məsələlər müzakirə olunacaq.
Tədbirin əsas məqsədləri:
Autizmlə bağlı ictimai məlumatlılığın artırılması;
Autizimli uşaqların hüquqlarının müdafiəsinə diqqət çəkmək;
Cəmiyyətin bu mövzuya daha həssas və anlayışlı yanaşmasını təmin etmək;
Autizmli uşaqların və onların ailələrinin sosial inteqrasiyasına dəstək olmaq.
Tədbirdə həmçinin autizimli uşaqların cəmiyyətə inteqrasiyasını təşviq edən sosial layihələrin təqdimatı keçirildi və iştirakçılar arasında fikir mübadiləsi aparılacaq.
Bu təşəbbüs vasitəsilə autizimli uşaqların səsi olmaq və onların hüquqlarını qorumaq istiqamətində yeni addımlar atılacaq .
“Autizmlə Mübarizə İctimai Birliyi”
Sədr: Məmmədli Çiçək Qəzənfər qızı
Telefon: 050 370 23 48
E-poçt: info@autizm.az