Xəbər - Elçin Mehdiyev – Trend:
Vətən müharibəsində ağır yaralanan 3 805 qazinin əlillik vəziyyətinin qiymətləndirilməsi aparılıb.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.
O qeyd edib ki, indiyədək Vətən müharibəsinin 2 500-dən artıq qazisinə əlillik təyinatı aparılıb:
“Səhhəti ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyalarının əməkdaşları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”, – deyə İ.Yusifov bildirib.