Futbol üzrə İsveç yığmasının keçmiş üzvü Kurt Hamrin 89 yaşında vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə İsveç Futbol İttifaqı məlumat yayıb.
Hamrin 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatının finalının sonuncu sağ qalmış iştirakçısı idi.