Ukrayna ordusunun Rusiyaya hücumu Prezident Vladimir Zelenskinin ən riskli qərarıdır.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu müdafiə tədqiqatları üzrə professor Maykl Klark “Tayms” jurnalında yazıb.
Onun sözlərinə görə, Zelenskinin bu qərarı təkcə Moskvanı yox, həm də müttəfiqlərini qeyri-adi vəziyyətlə üz-üzə qoyub:
“Zelenski “Ukrayna müharibəni uduzur” fikrini dəyişməyə cəhd edir. Qara dənizdə uğurlar və Krımda rus qoşunlarına qarşı üstünlük dünyanın diqqətini cəlb etmir. O strateji hərbi seçim edib və bu çox şeylə onun stilinə cavab verir. Yəni cəsarətli və risklidir”.
Klark bildirib ki, Moskva 1941-ci ildən bu yana bənzər situasiya ilə üz-üzə qalmayıb və yaranmış vəziyyətdən çıxması çətin ola bilər.
Bununla belə o, Kursk hücumunun müharibənin gedişini dəyişməyəcəyini düşündüyünü bildirib.