Martın 18-dən cəbhənin Baxmut istiqamətində 190-dan çox rus işğalçısı məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Şərq” qruplaşmasının nümayəndəsi Sergey Çerevatıy bildirib.
“Düşmən hələ də Ukraynanın bu şəhərini tutmağa çalışır. O cümlədən, bu günlər ərzində təkcə Baxmut ərazisində 16 toqquşma olub. Ruslar şəhərə və ətrafına 55 dəfə atəş açıb. Ümumilikdə cəbhənin Baxmut seqmentində ruslar müxtəlif növ reaktiv yaylım atəşi sistemlərindən və top artilleriyasından 352 artilleriya zərbəsi endirdi. Bütün cəbhə boyu 27 döyüş toqquşması və 4 hava zərbəsi endirilib. 193 işğalçı məhv edilib, 199 nəfər yaralanıb”, – Çerevatıy qeyd edib.