1919-cu il, İrəvan qalası – Nadir video

1919-cu il, İrəvan qalası – Nadir video

Əfsanəvi İrəvan qalasının nadir görüntüləri yayılıb.

AzerTimes xəbər verir ki, kadrlar ABŞ hərbi missiyasının Türkiyə və Ermənistana səfəri çərçivəsində 1919-cu ildə lentə alınıb.

Videoda 1679-ci il 4 iyulda baş vermiş dağıdıcı zəlzələdən sonra Çuxursəəd bəylərbəyi Zal Xan tərəfindən tikilmiş qala divarlarını görmək mümkündür.

Qala divarları sonuncu dəfə Hüseynqulu xan (1808-28) tərəfindən bərpa edilib.

Kadrlardan da göründüyü kimi, qala divarlarının ölçüləri əzəmətli görkəmə malikdir və bütün şəhəri əhatə edir. Aşağı hissədə yaşıllıqlar salınıb.

Bu gün Ermənistan hökumətinin səyi nəticəsində azərbaycanlıları və Azərbaycan hökmdarlarını xatırlatmamaq üçün qalanın divarları tamamilə dağıdılıb.

Teqlər: