1915-ci il hadisələri kirli siyasət mövzusuna çevrilib – Fəxrəddin Altun

1915-ci ildə baş verən hadisələr tarix predmeti olmalı olduğu
halda, kirli siyasət mövzusuna çevrilib.

Trend-in məlumatına görə, bunu Türkiyə
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri
Fəxrəddin Altun deyib.

O qeyd edib ki, türklərlə ermənilər yüz illər boyu birlikdə
yaşamaq mədəniyyəti formalaşdırıblar.

“Biz yüz illər boyu sevinci də, kədəri də paylaşmışıq. Aramızda
düşmənçilik toxumları səpməyə çalışanlara qarşı birlikdə mübarizə
aparmalıyıq. 1915-ci ildə baş verən hadisələr tarix mövzusu olmalı
olduğu halda, kirli siyasət mövzusuna çevrilib”, – deyə F.Altun
əlavə edib.

Teqlər: