19 yaşlı qız qəbiristanlıqda kişini bıçaqladı

19 yaşlı qız qəbiristanlıqda kişini bıçaqladı

Mingəçevirdə 19 yaşlı qız kişini bıçaqlayıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə iyulun 26-da Mingəçevir kənd qəbiristanlığı ərazisində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Tünzalə Ariz qızı Eyvazova şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəbiristanlıq ərazisində bıçaqla Nizami Qasım oğlu Şəvəndiyevin qarın boşluğuna xəsarət yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.

Teqlər: