8 Noyabr “Zəfər Günü” münasibətilə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətinin yürüşü ilə əlaqədar avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.
Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, yürüşün təşkil olunacağı 3 istiqamət üzrə ümumilikdə 19 sayda marşrutun (3, 5, 6, 10, 17, 18, 31, 37, 39, 53, 65, 77, 88, 96, 125, 127, 205, 206 və E1) hərəkəti müəyyən olunan saatlarda məhdudiyyətlərə uyğun alternativ küçələrdən keçməklə təşkil ediləcəkdir.