Təsis etdiyi texnologiya şirkətləri ilə milyonlarla dollar qazanan sahibkar iş adamı, 45 yaşlı Brayan Conson gənc qalmağın və əbədi yaşamağın mümkün olduğuna inanır.
AzerTimes xəbər verir ki, sahibkar uzun müddətdir bu məqsədlə külli miqdarda vəsait xərcləyir.
Qocalmanı dayandırmaq və gənc qalmaq üçün qurduğu “Blueprint” şirkətinin nəticələrini paylaşan Brayan Conson həm sağlamlıq, həm də görünüş baxımından həmyaşıdlarından kəskin fərqlənir.
Bu məqsədlə ildə 2 milyon dollar xərcləyən Conson üçün 30 həkimdən ibarət bir qrup çalışır. Bu tibbi qrupun başında Kembricdə qocalmaya qarşı işi ilə gündəmə gələn 29 yaşlı uğurlu gənc həkim Oliver Zolman dayanır.
Brayan Consonun 45 yaşı olmasına baxmayaraq, üzündə heç bir qırış, rəng dəyişikliyi yoxdur. Hər səhər saat 5-də oyanan və 20:30-da yuxuya gedən iş adamı heç vaxt müəyyən kalori miqdarını aşmayan vegetarian pəhrizlə qidalanır və müntəzəm olaraq məşq edir.
Bioloji olaraq 18 yaşında qalmağa çalışan məşhur iş adamı hər gün badam südü, qoz, qara zirə və qırmızı meyvələrdən ibarət cəmi 1977 kalori ehtiva edən pəhrizə riayət edir. Hər gün ən az 1 saat idman edən Conson deyir ki, 2 ildir davam edən bu cavanlaşma macərasının bu günə çatdığı nöqtədə 37 yaşında ürək sağlamlığı, 28 yaşında dəri və 18 yaşında bir gənc var vəziyyəti əldə edib.
Consonun “qocalma əleyhinə” macərası onun qurduğu şirkəti satması və üç uşağının anasını tərk etməsi ilə başlayıb. İdeal çəkisinin birdən-birə 27 kiloqram artmasına görə sahibkar intihar fikrinə düşəcək qədər depressiya keçirdikdən sonra həyatını bu istiqamətdə dəyişməyə qərar verib.
O, Kaliforniyanın məşhur “Venice Beach” bölgəsindəki 9 milyon dollarlıq evində yaşayır.
O, 18 yaşlı oğlu Talmage və 70 yaşlı atası Riçard ilə nəsillərarası qan və plazma mübadiləsi aparıb. Consonun oğlu və atasından 1 litr qan götürülüb. Oğul Tamalgenin verdiyi qan daha sonra qırmızı, ağ qan hüceyrələrinə və trombositlərə ayrılıb. Daha sonra qan 45 yaşlı baş direktora köçürülüb. Bundan sonra Brayan Consondan alınan bu qan da işlənib və onun öz qanı ilə qarışdırılaraq 70 yaşlı atasına verilib.
Bu gənc və sağlam donorların qanının plazmalaşdırılması və yaşlı orqanizmlərə köçürülməsi gəmiricilər üzərində aparılan təcrübələrdə uğurlu nəticələr verib. Ancaq 1 ayın sonunda Conson sosial media hesabından bu plazma transferinin gözlənilən nəticəni vermədiyini açıqlayıb. Bu transferdən nə öz səhhəti, nə də cavanlaşması baxımından heç bir nəticə əldə edə bilmədiyini deyən Conson atasının nəticələrinin hələ çıxmadığını bildirib.
O, bu prosedurun yaşlı orqanizmlərdə işləyə biləcəyinə ümid bəslədiyini deyib.