18 ton yararsız qənnadı məmulatları məhv edildi

18 ton yararsız qənnadı məmulatları məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 18 ton yararsız qənnadı məmulatlarını məhv edib.

Bu barədə AzerTimes-a AQTA-dan məlumat verilib.

N.A.N.T MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 18440 kq qənnadı məmulatları Təmiz Şəhər ASC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.

Teqlər: