Sabah Bakının bu ərazilərində su olmayacaq

Sabah Bakının bu ərazilərində su olmayacaq

Magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 18 sentyabrda gün ərzində Sabunçu rayonunun Ramana Südçülük, Ramana 2-ci sahə, Maştağa Subtropik və Maştağa Meyvəçilik yaşayış massivlərinə, həmçinin Şuşa şəhərciyi və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.