18 Oktyabr və 28 May günləri ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

28 May Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr Müstəqilliyin Bərpası Günü iş günü olacaq.

AzerTimes-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Əmək Məcəlləsində “Respublika günü” sözləri “Müstəqillik Günü” sözləri ilə əvəz edilib. “Dövlət müstəqilliyi günü” sözləri “Müstəqilliyin Bərpası Günü” sözləri ilə əvəz edilib.

“Respublika günü” sözləri isə “Müstəqillik Günü” sözləri ilə əvəz edilib.

Teqlər: