18 müharibə iştirakçısı polisə qəbul olundu

18 müharibə iştirakçısı polisə qəbul olundu

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 21-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

AzerTimes xəbər verir ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 244 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 18 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Teqlər: