Rusiya Novosibirsk bölgəsində 18-ci mərtəbədən yıxılan bir yaşlı uşaq sağ qalıb.
AzerTimes xəbər verir ki, yıxılan uşaq bir müddət yerdə qalıb, daha sonra yoldan keçən bir nəfər uşağı görüb və təcili yardım çağırıb.
Şahidlər 18-ci mərtəbədən nəyinsə düşdüyünü görsə də, buna əhəmiyyət verməyiblər.
Məlumata görə, körpə atası ilə çarpayıda uzanıb. Sonra o, pəncərəyə dırmaşmaq qərarına gəlib, pəncərəni açıb və yıxılıb.