1731 hektar ərazi minalardan tam olaraq təmizlənib – Agentlik

Xəbər - Samir Əli – Trend:

27 sentyabrdan bu günə qədər Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən keçmiş cəbhəboyu ərazilərdə əməliyyat axtarış tədbirləri davam etdirilir.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib.

O bildirib ki, bu günə qədər 1731 ha ərazi tam olaraq təmizlənib:

“Ərazilərdən 1737 ədəd partlamamış hərbi-sursat və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyat axtarış tədbirləri Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Xocavənd istiqamətlərində aparılıb. Axtarışlar Şuşa şəhərində də davam etdirilir”.

Teqlər: