17 sığorta agentinin lisenziyası ləğv edildi

17 sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) 15 fiziki şəxsə və 2 hüquqi şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

AzerTimes xəbər verir ki, məlumatı AMB yayıb.

Bununla bağlı qərar yanvarın 11-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.

Qərara əsasən, onların lisenziyası könüllü müraciət əsasında ləğv olunub.

Teqlər: