Gün ərzində rus hərbçiləri Ukrayna ərazisinə növbəti raket və hava zərbəsi endiriblər.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
“Rusiya işğalçıları Ukraynada S-300 hava hücumu müdafiə sistemindən, İran istehsalı 17 “Şahid” PUA-sından və bir zenit idarəolunan raketindən istifadə edib”, – məlumatda bildirilib.
Bildirilib ki, uğurlu döyüş fəaliyyəti nəticəsində 16 “Şahid” məhv edilib.