17 il sonra ilk: Messi “Qızıl top”a namizəd seçilmədi

17 il sonra ilk: Messi “Qızıl top”a namizəd seçilmədi

Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi 2005-ci ildən bəri ilk dəfə Fransanın “France Football” jurnalının təqdim etdiyi “Qızıl top” mükafatına namizəd olan 30 futbolçudan ibarət siyahıda yer almayıb

AzerTimes xəbər verir ki, siyahı bu gün jurnalın rəsmi saytında dərc edilib.

Namizədlər siyahısında Kərim Benzema (“Real”), Kriştianu Ronaldu (“Mançester Yunayter”), Robert Levandovski (“Bavariya”, “Barselona”), Məhəmməd Salah (“Liverpul”), Tibo Kurtua (“Real”), Rafael Leau (“Milan”), Kristofer Nkunku (“Leypsiq”), Yozua Kimmix (“Bavariya”), Trent Aleksandr-Arnold (“Liverpul”), Vinisius Junior (“Real”), Luis Diaz (“Liverpul”), Bernardo Silva (“Mançester Siti”), Kazemiro (“Real”), Riyad Mahrez (“Mançester Siti”), Son Hın Min (“Tottenhem”), Fabinyo (“Liverpul”), Sadio Mane (“Liverpul”, “Bavariya”), Fil Foden (“Mançester Siti”), Harri Keyn (“Tottenhem”), Darvin Nunes (“Benfika”, “Liverpul”), Mayk Menyan (“Milan”), Luka Modriç (“Real”), Antonio Rudiger (“Çelsi”, “Real”), Kevin De Brüyne (“Mançester Siti”), Sebastien Alle (“Ayaks”, “Borussiya”), Erlinq Haaland (“Borussiya”, “Mançester Siti”), Kilian Mbappe (PSJ), Vircil van Dayk (“Liverpul”), Joao Kanselu (“Mançester Siti”) və Duşan Vlahoviç (“Fiorentina”, “Yuventus”) yer alıblar.

Dünyanın ən yaxşı qapıçısına verilən Lev Yaşin mükafatına namizədlərin siyahısı da açıqlanıb: Alisson (“Liverpul”), Kurtua (“Real”), Ederson (“Mançester Siti”), Manuel Noyer (“Bavariya”), Yasin Bono (“Sevilya”), Eduard Mendi (“Çelsi”), Mayk Menyan (“Milan”), Yan Oblak (“Atletiko”), Kevin Trapp (“Ayntraxt”) və Uqo Lloris (“Tottenhem”).

Mükafatların təqdimetmə mərasimi oktyabrın 17-də Parisdə baş tutacaq.

Teqlər: