16 noyabr təxribatı nəticəsində şəhid olan hərbçilərimizin ailələri sığorta ödənişi ilə təmin olunurlar

Xəbər - Elçin Mehdiyev – Trend:

Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində törətdiyi təxribat nəticəsində şəhid olanların ailələri və yaralanan hərbçilər dövlət sığorta ödənişi ilə təmin olunurlar.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, yeddi şəhidin ikisinin vərəsələri müraciət edərək Dövlət Sığorta Kommersiya Şirkətindən 11 min manat birdəfəlik sığorta ödənişini əldə ediblər: “Növbəti mərhələdə digər şəhidlərin vərəsələri və yaralanan həbçilərimiz də müraciət edərək sığorta ödənişlərini ala bilərlər”, – deyə E.Mirsalayev vurğulayıb.

Qeyd edək ki, ermənilərin 16 noyabr təxribatı nəticəsində Azərbaycan Ordusunun yeddi hərbçisi şəhid olub, 10 hərbçi yaralanıb.

Teqlər: