Ukraynalı hərbçilər AB ölkələrində təlim keçib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Siyasət Xidmətinin rəhbəri Jozep Borrell Tvitter hesabında yazıb.
“Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında mən AB-nin hərbi dəstəyi ilə bağlı yenilikləri təqdim etdim. Artıq 16 mindən çox Ukrayna əsgəri təlim keçib”, – paylaşımda qeyd edilib.
Eyni zamanda o, əlavə edib ki, AB-yə üzv ölkələr Ukraynaya 600 milyon avrodan çox dəyərində sursat və raketlər verib.