16 min oğurlayıb, sonra evi yandırdılar – Foto

16 min oğurlayıb, sonra evi yandırdılar – Foto

Cəlilabadda 16 min manatlıq oğurluq olan ev yandırılıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, ev sahibi Kamil İsayev evindən 16 min manat aparan oğrunun cinayətin izini itirmək üçün pulun saxlandığı hissəyə od vurduğunu deyib.

Belə ki, ötən gün axşam 19:00 radələrində qonaq gedən İsayevlər ailəsinə zəng edilərək heç kimin olmadığı evinin yanmaqda olduğu xəbəri verilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsi gəlib. Güclü külək və yağış altında yanğın lokalaşdırılsa da, 130 kvadratlıq evin 50 kvadratlıq hissəsi yanıb.

Həmçinin hadisə şahidləri otaqlarda alışıb yanmayan yanar maye izləri də aşkar ediblər.

Ev sahibi Kamil İsayevin sözlərinə görə, yanan otaqlarda ev sahibinə məxsus xeyli rəsmi sənədlər və geyim əşyaları da yanaraq məhv olub. O qeyd edib ki, ev yeni təmir edilib.

Oğurlanan pul ev sahibinin oğluna məxsus imiş və o, müəyyən miqdardan sonra yeni bir ev almağı planlayırmış.

Hadisə ilə bağlı müvafiq qurumların tədqiqatı davam edir.

Teqlər: