1,6 milyon şagirdə 15 günə paltar necə tikilə bilər?

1,6 milyon şagirdə 15 günə paltar necə tikilə bilər?

Ümumilikdə bu il 4432 orta məktəbə 1.6 milyon şagird gedəcək ki, onların da 165 mini birinci sinifdir. İlk növbədə Elm və Təhsil Nazirliyi, aidiyyəti qurumlar bilməli idilər ki, bu il uşaqlara yeni formalar təklif edilibsə, bunu ötən tədris ili bitən kimi elan etmək və hazırlıqlar aparmaq lazımdır.

Bu sözləri AzerTimes-a açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəbli formalarının baha olması və vaxt azlığı ilə bağlı danışarkən deyib.

“Yeni məktəbli formaları ilə bağlı ümumiyyətlə heç bir vahid anlayış və təklif də yoxdur. Məktəbin açılmasına 10-15 gün qalmış dedilər ki, forma lazımdır. Valideynlər tələsik formalar almağa başlayıblar. Bu zaman isə məlum oldu ki, formalar çatmır, satış yerləri məhduddur. Mənzərəni hər kəs bilir. Qısa müddətdə tələb çox, təklif azdır.

Vaxtında tenderlər keçirilsə, sifarişlər müxtəlif şirkətlərə verilsəydi, həm rəqabət yaranardı, həm qiymətlər aşağı olardı, həm də qıtlıq olmazdı. Hazırda məktəbli formaları bir şirkət tərəfindən bazara çıxarıldığına görə qiymətlər bahadır, məhsul da azdır. Belə halda isə çıxılmaz vəziyyətdə qalan yalnız valideynlər olur”, – eksperet deyib.

Teqlər: