Xəbər - Ceyhun Ələkbərov – Trend:
Ötən il ərzində dövlət sərhədini keçən 3952,4 min şəxs və 1010,6 min nəqliyyat vasitəsi rəsmiləşdirilib. Onlardan ölkəyə girişdə 1977,4 min nəfər, çıxışda 1975,0 min nəfər, nəqliyyat vasitələrinin girişində 513,8 min, nəqliyyat vasitələrinin çıxışında isə 496,8 min avtomobil qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatında deyilir.
Qeyd olunub ki, ümumilikdə 154 nəfər saxta, 17 nəfər özgəsinə məxsus sənədlə və 3 nəfər gizli şəkildə dövlət sərhədinin keçməyə cəhd göstərərkən saxlanılıb və barələrində müvafiq qərarlar qəbul edilib.