154-cü gün: Rusiyanın itkiləri açıqlandı

154-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 154-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 40 070 hərbçi, 1 738 ədəd tank, 3 971 ədəd zirehli döyüş maşını, 883 ədəd artilleriya sistemi, 258 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 117 hava hücumundan müdafiə sistemi, 222 ədəd hərbi təyyarə, 190 ədəd helikopter, 2 847 ədəd avtomobil texnikası, 726 ədəd PUA, 174 qanadlı raket, 15 gəmi/qayıq, 75 xüsusi avadanlıq itirib.

Teqlər: