154-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

154-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 154-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 260 təyyarəsi, 145 helikopteri, 1622 PUA-sı, 358 zenit-raket kompleksi, 4167 tank və digər zirehli texnikası, 763 reaktiv yaylım atəş sistemi, 3203 artilleriya və minaatanı, 4494 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: