Ukrayna qoşunları 1500 km məsafədə düşmən hədəflərini vura biləcək.
AzerTimes xəbər verir ki, bunu ölkənin Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.
O bildirib ki, Ukraynada Rusiyanın dərinliklərindəki hədəflərini vura bilən silahlar hazırlanır:
“Bu, Ukraynanın özünün iki layihəsi – raket proqramı və dron proqramı sayəsində mümkün olub”.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət əvvəl 700 kilometr məsafədən Rusiyanın hədəfini vurduqlarını açıqlayıb.