1500-dən çox erməni yük maşını Şimali Osetiyada Yuxarı Lars keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədindən keçmək üçün elektron növbəyə durub.
AzerTimes xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzinin saytında məlumat verilib.
Məlumata görə, ümumilikdə növbədə 4881 avtomobil qeydiyyatdadır:
“Onlardan 1573 yük maşını Gürcüstana getmək üçün elektron növbəyə yazılıb. Son bir neçə gündür Rusiyadan Gürcüstana Yuxarı Lars keçid məntəqəsindən keçən yolda böyük növbələr yaranıb. Sıxlıq ixrac mövsümü və sərnişin və yük maşınlarının çoxluğu ilə daha da güclənir”.
Qeyd olunur ki, statistikaya əsasən, hər gün Yuxarı Larsdan təxminən 150 erməni yük maşını keçir.