Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla nəticələnib.
AzerTimes APA-ya istinadən xəbər verir ki, hadisə “Ceyranabatan bağları” adlanan ərazidə qeydə alınıb.
Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Elgün Vüsal oğlu Qasımov, münaqişə zəminində, eyni təvəllüdlü Əli Faiq oğlu İsmayılova və 2007-ci il təvəllüdlü Rasif Sabit oğlu Manıyevə bıçaqla xəsarətlər yetirib.
Fakt araşdırılır.