15 mikrondan çox olan polietilen torbaların pulla satılması təklif edilir

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qalınlığı bir qədər çox, yəni 15 mikrondan çox olan polietilen torbaların alıcılara pulla təklif olunması ilə bağlı təkliflər hazırlayıb.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı” proqramında bildirib.

Onun sözlərinə görə, bu təklifin reallaşması polietilen torbaların, o cümlədən plastik materiallardan hazırlanan tullantıların azaldılmasına kömək edəcək.

Teqlər: