15 gün əvvəl iflic vəziyyətdə idim, indi isə yeriməyə başlamışam – Qazi

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Yeriməyimdə problemlər var idi, ancaq Əlillərin Reabilitasiya Mərkəzinə gəldikdən sonra hərəkət etməyə başlamışam.

Bunu AzerTimes-a açıqlamasında Vətən müharibəsində xəsarət alan və hazırda Əlillərin Reabilitasiya Mərkəzində müalicə olunan yaralı hərbçimiz İsmayılov Nicat deyib. Hərbçimizin sözlərinə görə, o döyüşlərdə ağır yaralanaraq iflic vəziyyətə düşmüşdü:

“Döyüşlər başlayanda 13 ayın əsgəri idim. Torpaqlarımızı işğaldan azad etmək üçün hər kəs kimi mən də böyük fəxr hissi ilə vuruşdum və Talış kəndinin alınmasında iştirak etdim. Daha sonra Suqovuşana yollandım və orada yaralandım, iki qəlpə və bir güllə yarası aldım. Artıq 15 gündür YAŞAT Fondu tərəfindən mərkəzdə müalicə alıram və yeriməyə başlamışam, ancaq buna kimi iflic vəziyyətdə idim. Fürsətdən istifadə edib bütün həkim heyətinə öz minnətdarlığımı bildirmək istərdim”.

Teqlər: