15 erməni əsgərin yanaraq öldüyü “hərbi hissə” – Video

15 erməni əsgərin yanaraq öldüyü “hərbi hissə” – Video

Xəbər verdiyimiz kimi, bu gecə (01:30) Ermənistanın Göyçə mahalının Azad kəndi ərazisində yerləşən hərbi hissələrinin birində yanğın baş verib.

AzerTimes xəbər verir ki, yanğına odun sobasında benzindən istifadə edilməsi göstərilir.

Bildirilir ki, yanğın başlayarkən yuxuda olan əsgərlərdən bəziləri tüstüdən zəhərlənib və qalxmağa belə fürsət tapmayıb. Oyananlar və çölə çıxmağa cəhd edənlər isə qapı önündəki güclü yanğın səbəbindən buna nail ola bilməyiblər.

Onlara əsgər yoldaşları kömək etmək istəyib, ancaq onlar da yanıb ölüblər.

Qeyd edək ki, 15 əsgərin öldüyü, biri zabit olmaqla, 7 əsgərin yanıq xəsarətləri aldığı bildirilir. Yanıq xəsarətləri alanların vəziyyəti ağırdır.

Yanğın yerindən yayılan videodan isə aydın şəkildə görünür ki, “hərbi hissə” – kazarma deyil və hərbçilər üçün nəzərdə tutulmayıb. Ermənistan ordusu boşalmış kənd evlərindən çağırışçıların yerləşdirilməsi üçün istifadə edir.

Xatırladaq ki, ölənlərin hamısı çağırışçıdır.

Teqlər: