NATO-ya üzv olan 30 ölkədən 15-i Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında protokolu təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə İsveç xarici işlər naziri Ann Linde Tvitter hesabında bildirib.
“Bu gün NATO üzvlərinin yarısı İsveç və Finlandiyanın ərizəsini ratifikasiya edib. Ratifikasiya üçün bütün 15 (dövlətə – red.) təşəkkürlər”, – Linde qeyd edib.