Xəbər - Çingiz Səfərli – Trend:
15 bölgədə STEAM layihəsi gerçəkləşdiriləcək.
AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev STEAM Azərbaycan Festivalında çıxışı zamanı deyib.
O bildirib ki, artıq bəzi bölgələrdə işlər yekunlaşıb.
“Çalışırıq ki, təhsil proqramlarımız yeni çağırışlara cavab verən məzmunda olsun. Yeni məktəblərimizin hamısında STEAM otaqları yaradılıb. Bu layihə başladığı ilk gündən Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olub. Buna görə təşəkkür edirəm. Ümid edirəm ki, bugünkü yarışda heç kim uduzmayacaq və hər kəs qalib olaraq ayrılacaq”.