Zəlzələnin 149-cu saatında Türkiyənin Hatay şəhərində 35 yaşlı kişi dağıntılar altından sağ çıxarılıb.
AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edək ki, Qırğızıstan xilasediciləri bu gün 7 yaşlı uşağı dağıntılar altından çıxarıblar.
Xatırladaq ki, Türkiyədə baş verən zəlzəlı nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb. Təbii fəlakət zamanı həmçinin 80 mindən çox insan xəsarət alıb.