Gürcüstanın Kaxetiya diyarının Saqareco şəhərində 14 yaşlı azərbaycanlı qız vətəndaş nikahında olduğu əri tərəfindən bıçaqlanaraq öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci kanalı” məlumat yayıb.
Bildirilib ki, hadisə kişinin qohumlarının toyuna hazırlıq ərəfəsində baş verib.
Faktla bağlı “Ailə üzvünü qəsdən öldürmə” maddəsi ilə cinayət işi açılıb.