14 yaşlı oğlan ata və anasını öldürüb intihar etdi

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) dəhşətli qətl hadisəsi baş verib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin paytaxtı Lefkoşada 14 yaşlı oğlan ana və atasını öldürdükdən sonra intihar edib.

Çinar Çobanoğlu gecə saatlarında ana və atasını – 48 yaşlı Bengü Çobanoğlu ilə 52 yaşlı İbrahim Çobanoğlunu yatdıqları yerdə güllələyərək öldürdükdən sonra intihar edib.

Bu zaman evdə olan qardaşı Eralp Çobanoğluna isə heç bir xətər yetirməyib.

Hadisə yerinə gələn polislər evdə Bengü və İbrahim Çobanoğluların cəsədlərini aşkar ediblər, qatil övladı isə yaralı vəziyyətdə tapıblar. Xəstəxanaya çatdırılan Çinar Çobanoğlunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

www.yenicag.az