14 ölkə Rusiyadan qorunmaq üçün saziş imzaladı

14 ölkə Rusiyadan qorunmaq üçün saziş imzaladı

Almaniya başda olmaqla, NATO-nun 14 ölkəsi daha təkmil Avropa HHM sisteminin yaradılması haqqında bəyannamə imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Agentlik bildirir ki, vahid hava hücumundan müdafiə sisteminin yaradılması Ukraynada baş verən hazırkı hadisələrin yaratdığı dəyişmiş təhlükəsizlik vəziyyəti ilə bağlıdır. Əvvəllər Avropada raketdən müdafiə sistemi ilk növbədə İrandan gələ biləcək təhlükələrə yönəlmişdi.

İmzalanma mərasimində Belçika, Bolqarıstan, Böyük Britaniya , Macarıstan, Latviya, Litva, Hollandiya, Norveç, Rumıniya, Slovakiya, Finlandiya və Çexiyanın nümayəndələri iştirak ediblər.

Diplomatların sözlərinə görə, Estoniya da layihədə iştirak etmək istəyini bildirib.

Teqlər: