Bu gün (14 noyabr) UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisi Monteneqro ilə üz-üzə gələcək.
Matç Xorvatiyanın Zapreşiç şəhəridəki İvan Lalyak-İviç stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.
Görüşü Rusiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Sergey İvanov olacaq. Ona yan xətt hakimləri Roman Usaçev və Valeri Dançenko kömək edəcək. Dördüncü hakim funksiyasını isə Kiril Levnikov yerinə yetirəcək.