Son iki gün ərzində dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 14 nəfər müraciət edib.
AzerTimes xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
O bildirib ki, müraciət edənlərdən 5-nin vəziyyəti ağır olduğu üçün onlar xəstəxanaya qəbul edilib, digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.