14 gün ərzində Azərbaycanın hər cür dəstəyini gördük. İlk növbədə Prezident İlham Əliyevə dəstəyinə görə təşəkkürümüzü bildiririk.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.
Səfir bildirib ki, Türkiyədə yanğın başlayanda ilk dəqiqələrdən Azərbaycan öz dəstəyini göstərdi, yardımlarını göndərdi. Azərbaycanlı yanğın söndürənlər əllərindən gələnləri edirlər:
“Bu gün Türkiyə bayrağı da dəstək məqsədilər Heydər Əliyev Mərkəzində dalğalandırılmaqdadır. Bu da öz növbəsində Azərbaycanın növbəti dəstəyidir. Bu dəstəyə görə bütün qardaşlarımıza təşəkkür edirəm”.