138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Xəbər - Elçin Mehdiyev – Trend:

İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokolları üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

AzerTimes-ın məlumatına görə, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov parlamentin bu gün keçirilən iclasında bələdiyyələrin illik fəaliyyəti haqqında hesabat verərkən deyib.

Onun sözlərinə görə, inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib:

“Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb”.

Teqlər: