Xəbər - Elçin Mehdiyev – Trend:
Bu il avqust ayında elan olunan “Məşğulluq marafonu” çərçivəsində 600-ə yaxın işəgötürən 3760-dan çox vakansiya elan edib.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, 1300-dək şəhid ailə üzvü və qazi marafon çərçivəsində işlə təmin edilib:
“Paralel olaraq Vətən miharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilər tək məşğulluq marafonu ilə yox, həm də özünüməşğulluq proqramları ilə əhatə olunublar. 6000-dən çox ailə özünüməşğulluq, ictimai işlər proqramı və işədüzəltmə məqsədli proqramlara cəlb olunub. Ümumilikdə 8000-dən çox şəhid ailələri, müharibə əlilləri məşğul proqramları ilə təmin olunub və bu proses davam edəcək”, – deyə nazir müavini vurğulayıb.