124 minlik dələduzluq: Hökm ləğv edildi, Qasımov həbs olundu

124 minlik dələduzluq: Hökm ləğv edildi, Qasımov həbs olundu

124 min manatlıq dələduzluqda ittiham olunaraq bəraət alan şəxs barəsində hökm ləğv edilərək həbs olunub.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə qərar Ali Məhkəmə tərəfindən çıxarılıb.

Tərlan Qasımov 124 min manat dələduzluqda ittiham olunub. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi tərəfindən Tərlan Qasımov barəsində bəraət hökmü çıxarılıb və azadlığa buraxılıb. Prokuror tərəfindən Tərlan Qasımov barəsində bəraət hökmündən Ali Məhkəməyə kassasiya protesti verib. Ali Məhkəmə işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Bakı Apellyasiya Məhkəməsində onun barəsində olan bəraət hökmü ləğv edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. T.Qasımov məhkəmə zalından həbs edilib.

Teqlər: