Təbii ki, 12 yaşlı qız valideynlərinin arzusu ilə nişanlanıb. Burada hüquqa və milli əxlaqa zidd nəsə axtarmaq düzgün deyil.
Bu sözləri AzerTimes-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumata münasibəıt bildirərkən deyib.
S.Vəkilov bildirib ki, əgər söhbət nikaha girməkdən gedirsə, nikah yaşı (18 yaş) Ailə Məcəlləsi ilə tənzimlənir:
“Əgər nikaha daxil olmursa, 12 yaşlı qızın nişanlanmasında hüquqi, milli və əxlaqi cəhətdən heç bir pozuntu yoxdur. Lakin bu yaşda uşaq özü sərbəst qərar verə bilmək ixtiyarında olmadığından yaxşı olar ki, yetkinlik yaşına çatsın və ailə quracağı şəxsə özünün münasibəti olsun. Ümumiyyətlə, 12 yaş Ailə Məcəlləsinə görə də uşaq sayılır. Bu baxımdan ailələr uşaqların taleyi ilə bağlı bu cür tələsik qərar verməməlidir”, – S.Vəkilov vurğulayıb.